İki ayrı avtobusla eyni məntəqəyə tərəf

"Yaxşıya istiqamətlənmə varsa, problem özü-özündən həll olacaq", "problemlər həll olmadan yaxşıya istiqamətlənən fəaliyyətlər də təsirli olmayacaq" - bu iki fikirdən hansına meyl etməmiz icitmai düşüncə və davranışlarımızı formalaşdırır. Bayaq diqqətinizə çatdırdığım iki fikrdən ilki evolusional (tədricən təkamül edən, kamilləşən), ikinci revolusionaldır (inqlabidir).

Ancaq bu iki fikrdən hansı daha az yanlış olursa olsun, pisliklər, adətən, yaxşılıq olmayan mühitdə baş tutur; Problem yaxşıya istiqamətlənmə olmayan mühitdə mütləq var. Burada problemləri həll etməyə çalışarkən (özümüz də bilmədən) yaxşıya istiqamətlənmənin səbəblərini yerinə yetirə, problemlərin üstəsindən gələrkən eyni zamanda problemlərin yaranmasına fürsət yaradan yaxşının olmamağını da aradan götürə bilir. Çünki problemlərin arxasınca düşdükdə əslində problemlərin olmadığı və ya problemlərin olsa da, elə də əhəmiyyətli olmadığını başa düşürük. Əslində bizim "problem" adlandıraraq şikayətləndiyimiz şey xəyalında olduğumuz gözəlliyi reallıqda görə bilmədiyimizdir. Bunu "görə bilməməyin" səbəbi isə olan gözəlliyin önündə bir pərdə olmasından çox, çirkinləşdirici faktorun olmadığı halda gözəlliyin də olmamasıdır.

Fəqət problemlərin arxasınca düşdükdə səhvən yaxşıya istiqamətlənmənin səbəblərini tapdığımız kimi yaxşıya istiqamətlənərkən - olmayan gözəlliyi yaratmağa çalışarkən, yaratdığın gözəlliyi görə bilək deyə pərdələri də avtomatik aradan götürür, yolüstü problemləri də həll edirik.

Sözün qısası, gözü açıq və dəyişimə açıq olacaq qədər özünün və insanlığının - insan olduğunun, fərqində olanlar hansı fikrin yiyəsi olurlarsa olsunlar, məsələni həll eləyirlər. Əslində diqqətlə düşünsəz, pisliklərdən arınmaq da yaxşı olduğu kimi yaxşıya istiqamətlənmə də özü-özlüyündə pisliklərdən arınmaqdır.


Şəkil: https://pixabay.com/photos/good-bad-opposite-choice-choose-1122969/

Comments

Popular posts from this blog

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Ağıllı cihazların tragediyası (hekayə)

I HİSSƏ​ | 4. Trotzdem sapere aude!