Tənqid insana və cəmiyyətə xeyirdimi?
Tənqid haqda aylarla düşünmüşəm.
Aylarla. Bəzən ürəyim bulanıb, başım ağrıyıb fikirləşməkdən. Bu, o qədər böyük emosional, intelektual zəhmət olub ki, indi ayların zəhmətini bir-iki səhifə yazıda ifadə etmək mənə ağır gəlir. Ağırdır, amma bu ağırlığı paylaşdıqca yüngülləşir adam.
(Bu bir az uzun məqalə olacaq, ancaq çox vacib mövzudur deyə bölüşməkdən çəkinmədim.)
İlk növbədə bunu deyim ki, tənqid əsasən 2 mənanı ifadə etmək üçün istifadə olunur:
Belə də ümumiləşdirə bilərik:
2-cisində hər iki tərəf də (tənqid edən və tənqid olunan) vəziyyətlə məmnun olduğundan burada tənqidin yaxşı olub olmadığının sorğulanası bir tərəfi yoxdur.
Ancaq bizim bildiyimiz tənqidin əhəmiyyəti də, cəmiyyətə və ayrı-ayrı fərdlərə qarşı nə dərəcədə təhlükəli risk faktoru daşıdığı da müzakirə olunandır.
Tənqidə yaxşı da desək, pis də desək, qəbul etməliyik ki, tənqidlər arasında haqsız və yersiz olanları çoxdur. O haqsız və (ya) yersiz olanlar da gəlib ləyaqətli (üzr istəyirəm, sırtıq olmayan) adamları tapdıqda, 'güllər açılmamış solur'.
O biri tərəfdən tənqid olmadıqda insanın pis olduğunu düşündüyü şeyləri açıq-açıq deyə bilməyib, haqsızlıqlara laqeyd olması ictimai yalançılıq və səmimiyyətsizliyin ortaya çıxmasına səbəb olur. Bu halın özü yağlı bir tənqid səbəbi olduğundan bir adamın demokratiyada hər yerindən duranın at oynatmasına əsəbiləşib demokratiyadan daha ağır şərtlərə sahib olduğu halda diktator rejimini həll yolu olaraq görməsinə bənzər bir reaksiya formalaşdırır. İkincisi, adam dildə hamının fikrinə sayğılı olduğunu bəyan etsə də özünü qarşı olduqlarına etiraz etməməyə məcbur edərək mənən cəmiyyətdən ayrılır və hamı belə etdikdə ortada nə cəmiyyət, nə ailə, nə sevgi, nə də dostluq münasibəti qalır. Qısacası, insanlararası bütün münasibətlər tənqidsiz mənasızlaşır. Müsbət auranın 'müsbət zəhərlənməsi'ni yaşayanlar bununla razılaşmayacaqlar, ancaq onlar da yaxşı bilirlər ki, sevmək təkcə şeirlə eşq elanı edib, bütün günü qarşındakına onu nə qədər sevdiyini deməkdən ibarət deyil. İnsan nəyisə sevirsə, onu qoruyur, ona təhdid ünsürü yaradan faktorlara əsəbiləşir və ya digər hər hansı ağır hislər keçirir. Bu o deməkdir ki, nə qədər insan nəyisə sevəcək, onun ziddindəkilərə qarşı hiddət duyacaq. Şüurlu şəkildə məntiqini işə salıb hər hiddətini üzə vurmayaraq, hislərini hər məcrada bəlli etməməyə çalışsa da, emosional olaraq əslində bu fəaliyyətini dəstəkləmir. Ona görə də, istisnayi hal kimi olsa belə insan qala bilmək üçün tənqid etmək daha insancıl hir davranışdır və əslində edirik də.
Bir heyvana işgəncə verilməsini videoda belə görəndə - hətta bu video hansısa filmin süni bir səhnəsi belə olsa - əsəbiləşib "belə şey olar?!" deyirik, başlayırıq bunu eləyən adam haqqında gözəl fikirlər səsləndirməyə. Burada gözəl dediyim həmin fikirlər deyillər, gözəl olmayan o tənqidsayağı fikirləri yerində-zamanında ifadə etməmizdir.
Bir şəkilə rast gəlirsən, şəkildə poza vermiş ermənilərdən biri hamilə bir qadının qarnındakı uşağı çıxarıb əlinə tutub ki, şəkildə "yaxşı" düşsün. Bax, bunu görəndə tənqid eləmək eləməməkdən daha insancıl bir davranışdır. Hətta adamın özünə ziyanı olmasa, yaxşı olar ki, yağlı bir söyüş də söyəsiniz, deyərəm. Bunun başqa variantı yoxdu ye. Həyatda elə cinayətlər var, onları relativizə eləmək olmur; "Bu nə yaxşıdır, nə pis" deyə bilmirsən. O cinayəti törədənə heç cürə haqq qazandıra bilmirsən. Məsələn, bir qadına təcavüz etməyə pis deməmək bunu deməyənin özünə qarşı səmimiyyətsizliyindən irəli gəlir. Ancaq siz də razılaşarsınız ki, bu, məsələn, adamın ağzından səhvən bir söyüş çıxmasıyla eyni şey deyil.
Tənqid insani bir davranışdır, nifrətin də insani bir hiss olduğu kimi. Ancaq nifrət ələ alınıb, mane olunmamaqla əl-ayaq açanda ortada insandan əsər qalmır. Eynən tənqid də hədsizləşəndə (və xüsusən haqsız olanda) insan gedir, üzr istəyirəm, 'ulduza hürən'lər qalır.
Haqlı tənqidin belə bir bələdçisi var: Tənqid yalnız tənqidi eləyən adamın öz daxili çatışmazlıqlarından, natamamlıq kompleksindən müstəqil baş verən fenomen olduqda yersiz olmaya bilir. Başqa sözlə, tənqid tənqid eləyəndən yox, tənqid olunandan qaynaqlanmalıdır.

- Bizim yaxından tanıyıb bildiyimiz ənənəvi, fərdi/sosial tənqid
- Şikayət və qaralamadan çox 'rəy' xarakteri daşıyan akademik/fərdi formada xüsusi bir şirkət və ya şəxsin (Məsələn, bu nəşriyyat, qəzet və ya sahəsində tanınmış bir fərdi şəxs ola bilər.) xüsusi bir əsərə və ya baqa hər hansı tədqiqat obyektinə verdiyi şərhdir.
Belə də ümumiləşdirə bilərik:
- Ancaq ziyan vermək, hirs çıxmaq niyyəti daşıyan, heç bir sənətkarın sevmədiyi tənqid.
- Sənət adamının ona verilməsi üçün dəridən-qabıqdan çıxdığı, mədəni rəy formasında arif bir adamın şərhi olan tənqid.
2-cisində hər iki tərəf də (tənqid edən və tənqid olunan) vəziyyətlə məmnun olduğundan burada tənqidin yaxşı olub olmadığının sorğulanası bir tərəfi yoxdur.
Ancaq bizim bildiyimiz tənqidin əhəmiyyəti də, cəmiyyətə və ayrı-ayrı fərdlərə qarşı nə dərəcədə təhlükəli risk faktoru daşıdığı da müzakirə olunandır.
Tənqidə yaxşı da desək, pis də desək, qəbul etməliyik ki, tənqidlər arasında haqsız və yersiz olanları çoxdur. O haqsız və (ya) yersiz olanlar da gəlib ləyaqətli (üzr istəyirəm, sırtıq olmayan) adamları tapdıqda, 'güllər açılmamış solur'.
O biri tərəfdən tənqid olmadıqda insanın pis olduğunu düşündüyü şeyləri açıq-açıq deyə bilməyib, haqsızlıqlara laqeyd olması ictimai yalançılıq və səmimiyyətsizliyin ortaya çıxmasına səbəb olur. Bu halın özü yağlı bir tənqid səbəbi olduğundan bir adamın demokratiyada hər yerindən duranın at oynatmasına əsəbiləşib demokratiyadan daha ağır şərtlərə sahib olduğu halda diktator rejimini həll yolu olaraq görməsinə bənzər bir reaksiya formalaşdırır. İkincisi, adam dildə hamının fikrinə sayğılı olduğunu bəyan etsə də özünü qarşı olduqlarına etiraz etməməyə məcbur edərək mənən cəmiyyətdən ayrılır və hamı belə etdikdə ortada nə cəmiyyət, nə ailə, nə sevgi, nə də dostluq münasibəti qalır. Qısacası, insanlararası bütün münasibətlər tənqidsiz mənasızlaşır. Müsbət auranın 'müsbət zəhərlənməsi'ni yaşayanlar bununla razılaşmayacaqlar, ancaq onlar da yaxşı bilirlər ki, sevmək təkcə şeirlə eşq elanı edib, bütün günü qarşındakına onu nə qədər sevdiyini deməkdən ibarət deyil. İnsan nəyisə sevirsə, onu qoruyur, ona təhdid ünsürü yaradan faktorlara əsəbiləşir və ya digər hər hansı ağır hislər keçirir. Bu o deməkdir ki, nə qədər insan nəyisə sevəcək, onun ziddindəkilərə qarşı hiddət duyacaq. Şüurlu şəkildə məntiqini işə salıb hər hiddətini üzə vurmayaraq, hislərini hər məcrada bəlli etməməyə çalışsa da, emosional olaraq əslində bu fəaliyyətini dəstəkləmir. Ona görə də, istisnayi hal kimi olsa belə insan qala bilmək üçün tənqid etmək daha insancıl hir davranışdır və əslində edirik də.
Bir heyvana işgəncə verilməsini videoda belə görəndə - hətta bu video hansısa filmin süni bir səhnəsi belə olsa - əsəbiləşib "belə şey olar?!" deyirik, başlayırıq bunu eləyən adam haqqında gözəl fikirlər səsləndirməyə. Burada gözəl dediyim həmin fikirlər deyillər, gözəl olmayan o tənqidsayağı fikirləri yerində-zamanında ifadə etməmizdir.
Bir şəkilə rast gəlirsən, şəkildə poza vermiş ermənilərdən biri hamilə bir qadının qarnındakı uşağı çıxarıb əlinə tutub ki, şəkildə "yaxşı" düşsün. Bax, bunu görəndə tənqid eləmək eləməməkdən daha insancıl bir davranışdır. Hətta adamın özünə ziyanı olmasa, yaxşı olar ki, yağlı bir söyüş də söyəsiniz, deyərəm. Bunun başqa variantı yoxdu ye. Həyatda elə cinayətlər var, onları relativizə eləmək olmur; "Bu nə yaxşıdır, nə pis" deyə bilmirsən. O cinayəti törədənə heç cürə haqq qazandıra bilmirsən. Məsələn, bir qadına təcavüz etməyə pis deməmək bunu deməyənin özünə qarşı səmimiyyətsizliyindən irəli gəlir. Ancaq siz də razılaşarsınız ki, bu, məsələn, adamın ağzından səhvən bir söyüş çıxmasıyla eyni şey deyil.
Tənqid insani bir davranışdır, nifrətin də insani bir hiss olduğu kimi. Ancaq nifrət ələ alınıb, mane olunmamaqla əl-ayaq açanda ortada insandan əsər qalmır. Eynən tənqid də hədsizləşəndə (və xüsusən haqsız olanda) insan gedir, üzr istəyirəm, 'ulduza hürən'lər qalır.
Haqlı tənqidin belə bir bələdçisi var: Tənqid yalnız tənqidi eləyən adamın öz daxili çatışmazlıqlarından, natamamlıq kompleksindən müstəqil baş verən fenomen olduqda yersiz olmaya bilir. Başqa sözlə, tənqid tənqid eləyəndən yox, tənqid olunandan qaynaqlanmalıdır.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Bəyəndinizsə, məqaləni paylaşaraq daha çox insanın faydalanmasına şərait yarada bilərsiniz.
Eləcə də izləyərək yeni yazılarımı və şeirlərimi yerindəcə oxumaq üçün Facebook, Instagram səhifələrimi izləyə də bilərsiniz:
Facebook: fb.com/azimovrustem
Instagram: instagram.com/rustem_azimov
Şəkil:

Comments
Post a Comment