Şəxsi məhsuldarlığın qızıl ədədləri
21, 90 ədədləriylə şəxsi məhsuldarlığın və effektivliyin dəfələrlə artırılması üçün 3 üsul:
1. Tural Qüvvətlinin də “Düşüncə Gücü”ndə dediyi kimi, 21 gün təkrarladığınız hərəkətlər vərdişə, 90 gün təkrarladığınız hərəkətlərsə həyat tərzinə çevrilir.
İnsanın əhvali-ruhiyyəsi gün ərzində dəfələrlə dəyişə bilir. Bəzən əsəbi olur, bəzən ümidsiz, bəzən həvəsi, ümidli, enerjik və s.
Amma bəziləri bu hansı ruh halında olnasından asılı olmayaraq düzgün qərarlar qəbul edirlər. Onlar üçün qərar qəbul etmək peşəkar olduqları bir sahədir, sanki. Və bu peşəkarlıq vərdişdən irəli gəlir.
Ona görə də, əgər yaxşı yaşamaq istəyirsinizsə, yaxşı vərdişlərə yiyələnin. Zamanla həmin vərdişlər həyat tərzinizə çevriləcək və siz də məqamı çatanda ən düzgün işi avtomatik şəkildə görəcəksiniz.
2. Robin Şarmanın 90/90/1 qaydasını tədbiq edin.
Növbəti 90 günün hər birisinin ilk 90 dəqiqəsini həyatınızda sizə ən çox faydası olan 1 işə həsr edin. Bu Robin Şarmanın tövsiyyə etdiyi şəxsi məhsuldarlığımızı dəfələrlə artıra biləcək metodlardandır.
3. Brayan Treysi məsləhət görür ki, 90 dəqiqə çalışın, 15 dəqiqə istirahət edin, sonra yenə 90 dəqiqə çalışın və yalnız bundan sonra emaillərinizə göz gəzdirin, sosial şəbəkələrə nəzər salın. Brayan Treysinin “O qurbağanı ye” kitabında dediyinə görə, hər dəfə telefonda bildiriş səsinə reaksiya verdikcə, emailləri yoxladıqca beyninizdə dopamin ifraz olunur ki, bu sizin onlara marağınızı bir az da artırır. Və bu maraq artdıqca, diqqətimizi görməli olduğumuz işimizə daha da cəmləməyimiz çətinləşir.

Sizə sizin üçün xoş həyat formalaşdıracaq xoş vərdişlərinizi artıra bilmək üçün iradə arzu edirəm.
Uğurlar!!!
Paylaşımın hashtag-i #2190
Comments
Post a Comment