İçtimai Nəqliyyata — ETİKAYA ən çox ehtiyac olan yerə ən lazımlı məsləhətlər
Avstraliya, Yeni Zellandiya, Şimali Amerika və Kanadada içtimai nəqliyyatda etik qaydalar haqda bədən dili mövzusunda araşdırarkən tutduğum qeydlərimə baxırdım. Əslində bizdə də çox adamın bu qaydalara bilmədən də riayət ediklərini siz müşahidə etmiş olarsınız, yəqin. Hər halda paylaşılmasının faydalı olduğunu düşünərək bu gün 6 əsas qaydanı nəzərdən keçirmək faydalı ola bilər. Bunlarla bizim avtobuslarda, metrolarda bütün etik problemlər həll olacaq? Təbii ki, yox. Amma məsələni kökündən həll edə bilmiriksə, vəziyyəti bir az da olsun yaxşılaşdırmağa çalışmayaq? Hər şey yaxşı olmayacaq deyə, hər şey daha da pis olsun? Burda Tural Qüvvətlinin də “Düşüncə Gücü”ndə keçirilən “Sürətli öyrənmə texnikaları” təlimində səsləndirdiyi Konfuitsinin sözləri yada düşür: “Qaranlıqdan şikayətlənməkdənsə, dur bir şam yandır”.
• TANIDIQLARINIZLA BELƏ DANIŞMAYIN. Avtobusa kim(lər)sə avtobusdan düşənə kimi, dayanmadan, eyni tonda danışanda nə hiss edirsiniz. O hissi başqalarına yaşatmayın😊
• HEÇ KİMLƏ GÖZ-GÖZƏ GƏLMƏYİN. Danışarkən alnına və ya gözlərinə baxmamağınız, adətən, həmsöhbətinizdə “siz ona qulaq asmırsınız” təəssüratı yaradır. Amma yuxarıdakı qaydaya riayət etsək, buna heç ehtiyac da qalmaz.
• SEVİNCLİ, QƏMLİ, ƏSƏBİ OLDUĞUNUZ ÜZÜNÜZDƏN OXUNMASIN. İfadəsiz sifət, görkəm alın ki, səhvən, digər sərnişinlər sizin ona güldüyünüzü və ya əsəbləşdiyinizi düşünməsin.
• ƏLİNİZDƏ KİTAB VƏ YA QƏZET VARSA, ƏN AZINDAN, ONA HİPNOZ OLMUŞ KİMİ GÖRÜNÜN. Əlinizdə kitab tutub dayanmısınızsa, bu digərlərində onları pusduğunuz fikri yarada bilər.
• NƏQLİYYAT VASİTƏSİNDƏ ADAM NƏ QƏDƏR ÇOXDURSA, O QƏDƏR AZ HƏRƏKƏT EDİN.
• Sonuncu qayda isə yalnız liftdə istifadə olunur. LİFTDƏYKƏN DÜYMƏLƏRƏ BAXIN. Əgər reklam posteri və ya video çarxlar göstərilən monitor varsa, təbii ki, onlara baxsanız olar. Əsas odur ki, gözlərinizi digər sərnişinlərə zilləməyəsiniz. Xüsusən, tanımadıqlarınıza.

Oxuduğunuz üçün təşəkkür edirəm.
Comments
Post a Comment