Düşüncənin Qandalları - Sənət və Fəlsəfə
Yalnızlıq çox adamın mübtəla olduğu, ancaq çox az adamın mübtəla olduğunu bildiyi dərddir. O qədər çox rast gəlinən hadisədir ki, bir çox fenomenləri sadəcə "yalnızlıq" deyərək izah etmək olar. Hətta yalnızlıqdan başqa bütün qəmlərin izahını "yalnızlıq"da tapmaq olar. Heç yeri deyilkən özünü tərifləyən adamdan intihar eləyəcəyini deyən adama qədər hər kəs yalnızdır. *** Deyim ki, yalnızlıq tək qalmaq deyil, özünü tək hiss etməkdir. İyirmi minlik bir qoşunun əsir aldığı adi bir dustaq yalnızdır, məsələn. Ya da hamının tanıyıb, sevdiyi, ancaq kefi olmayanda dərdləşməyə bir yaxını olmayan adamları götürək: Milyonların izləyib, fanatlıq elədiyi kəslər yalnız deyilmi? Kənardan dünyanın sirrini tapmış, həyatı dərk etmiş kimi görünən, əslində isə sual soruşmağa, fikir almağa bir adamı qalmayan kəslər yalnız deyilmi? Özünü hamıdan üstün görən, sözdə digərlərinin səviyyəsinə düşməməyə çalışan adamlar sırf yalnızdırlar deyə bu qənaətə gəlmiş ola bilməzlərmi? Sırf yalnızıq dey...