Posts

Showing posts from July, 2019

Niyə, Necə başladım — bu gördüklərinizə?

Günlərin bir günü ən yaxın dostumun kitabxanasından Rövşən Abdullaoğlunun qələmə aldığı bir şəxsi inkişaf kitabını götürüb evə gətirdim, oxumağa başladım. Kitabı neçə günə bitirdim, bilmirəm, amma, bu kitab mənim əvvəl oxuduqlarımdan fərqli bir təəssürat yaratdı, məndə. O vaxta qədər bədii kitablardan yalnız dolayı yolla xeyir götürülə biləcəyini düşünürdüm, ancaq qarşılaşdığım bu yeni janr düşüncələrimi, kitablar haqqında məndə yaranan təəssüratları büsbütün dəyişdi. Fərdi inkişafa yavaş-yavaş bağlanırdım; Hətta bir ara vəziyyət o yerə çatmışdı ki, bu janrdan kənar digər dəstixətlərin faydalı olduğunu düşünmək belə istəmir, hər dəfə əlimə yeni bir şəxsi inkişaf kitabı keçdikdə, “bu kitab bitəndən sonra haradan şəxsi inkişaf kitabı tapacağam”, deyə düşünürdüm, çünki onsuz kitab oxuyanı az olan vətənimizdə, olan-qalan oxucuların böyük əksəriyyəti detektiv romanlara, ən yaxşı halda dramlara üstünlük verirdilər. Azərbaycanlı digər məşhur yazar Coşqun Kərimovun kitab seçimi haqda fikirlər...

Dəyərli Dərs (Bir qızın gündəliyindən — 2)

Image
Proloq Hekayənin baş qəhrəmanının dedikləri həqiqi həyatdan götürülməmişdir və həmin obrazın hekayənin müəllifiylə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qısacası, real həyatda konkret belə bir xanım mövcud olduğuna dair bir məlumatım yoxdur. Xoş mütaliələr. Hörmətlə, Rüstəm Əzimov . Dəyərli Dərs “Adım Ləmandır. Adımı bilməyənlər də dostum Rüstəm Əzimovun ayaqlarımı itirdikdən sonra yazmağa başladığım gündəlikdən oxuduqları əsasında qələmə aldığı “ Gözələm Mən ”-dən tanıyırlar məni. Nə yalan deyim, ayaqsız yaşamaq pis getmir açığı. Bəlkə də kiməsə qəribə gələcək ancaq özümü nəbadə əksik hiss etmirəm. Görəcəyim işləri, gedəcəyim yerləri məhdud görmürəm. Həyat öz axarıyla yox, əvvəlki axışdan daha sürətlisiylə hərəkətdədir. Əslində bu sözləri deyəcək düşüncə tərzini özümdə formalaşdırmaq elə də asan olmadı. Hətta çox çətin oldu deyə bilərəm; Bəzən, tamamilə, ümidimi kəsdim. Bəzən özümü başqalarıyla, onların deyimiylə, “normal”larla müqayisə etmək məni canımdan us...

Skamya Düşüncələri (bədii)

Image
Saçları qaradan qəhvərənginə çalan yumru sifətli, qaragöz oğlan bayaqdan skamyada əyləşib gözünü dənizdən çəkməyən qara saçlı, uzun sifətli, gözəl gözlü qızın yanına oturdu. Qız ölgün gözlərilə oğlana tərs bir baxış atıb, üzünü çevirdi, əsəbi halda: - Sənə kim icazə ver… — deyirdi ki, oğlan onun sözünü kəsib: - Üzr istəyirəm, — dedi, ayağa qalxdı. — Mən… narahat eləyəcəyimi düşünməmişdim, — deyə də əlavə etməsiylə qız oğlanın bu məhzun rəftarına üzülüb, öz-özünə “onun nə günahı var ki?!” deyə sual elədi, heç iki addım atmamış oğlanı əliylə saxlayıb: - Bağışlayın… Halım yaxşı deyil bugün… buyurun, əyləşin, — dedi, — problem yoxdur. — Və nə hikmətdirsə oğlan da həmin andaca heç nə demədən oturdu, alnına düşmüş saçlarını əliylə yana darayıb, ayağını ayağının üstünə aşırdı, əlinə bir kitab alıb vərəqləməyə başladı. Oğlanın barmaqları aramla vərəqdən-vərəqə adlayır, özüsə, nəsə itirib tapmırmış kimi təlaşlı halda ah-püf eləyir, narahatlıqla mızıldanırdı. Qızsa, bu tanımadığı adamın...