Posts

Showing posts from March, 2021

Albert Kamyuda İnsanda Yadlaşmanın İnkişafı

Image
Albert Kamyunun "Yad"ını oxuyarkən özümə daim suallar verirdim: Görəsən, bu hadisələr və hadisəsizliklər niyə baş verir: müəllif Mersaultun anasının ölümünə laqeydliyini niyə belə təkrar-təkrar dilə gətirir; Mersault niyə göydəki günəşdən bu qədər gileylənir; müəllif niyə Mersaultu qatil eləyir (Mersaultun qatil olmasının bir səbəbi olmaya bilər, lakin müəllifin bu səbəbsizliyi yazmağa bir səbəbi olduğuna inanıram); Mersaultun məhkumluğu və məhkəmə prosesindən belə detallı danışması və müəllifin bunları yazıya alması nə demək idi, başqa sözlə məhkumluq bu hekayədə nəyi simvolizə etmək məqsədi daşıyırdı? Müəllif bu səbəblərdən xali olsa da-olmasa da, müəllifin duyğularını başqa ünsürlərlə yox, sırf bu yolla ifadə etməsinin bir səbəbi olmalıydı və əgər biz müəllifin nə deyəndə nəyi nəzərdə tutduğunu başa düşə bilsək, bəlkə, qələmə aldığı əsəri müəllifindən də yaxşı başa düşə bilərik. Ölüm hökmü çıxmış məhkum Mersault öz-özünə aşağıdakı cümlələri səsləndirir: "o halde af d...