İki ayrı avtobusla eyni məntəqəyə tərəf
" Yaxşıya istiqamətlənmə varsa, problem özü-özündən həll olacaq " , " problemlər həll olmadan yaxşıya istiqamətlənən fəaliyyətlər də təsirli olmayacaq " - bu iki fikirdən hansına meyl etməmiz icitmai düşüncə və davranışlarımızı formalaşdırır. Bayaq diqqətinizə çatdırdığım iki fikrdən ilki evolusional (tədricən təkamül edən, kamilləşən), ikinci revolusional dır (inqlabidir). Ancaq bu iki fikrdən hansı daha az yanlış olursa olsun, pisliklər, adətən, yaxşılıq olmayan mühitdə baş tutur ; Problem yaxşıya istiqamətlənmə olmayan mühitdə mütləq var. Burada problemləri həll etməyə çalışarkən (özümüz də bilmədən) yaxşıya istiqamətlənmənin səbəblərini yerinə yetirə, problemlərin üstəsindən gələrkən eyni zamanda problemlərin yaranmasına fürsət yaradan yaxşının olmamağını da aradan götürə bilir. Çünki problemlərin arxasınca düşdükdə əslində problemlərin olmadığı və ya problemlərin olsa da, elə də əhəmiyyətli olmadığını başa düşürük. Əslində bizim "problem" adlandırara...