Posts

Showing posts from August, 2020

Çobanyastığı (povest) - oxucu rəyləri

Image
2020-ci ilin iyun ayında bitirdiyim "Çobanyastığı" adlı povestimin oxucu rəylərindən bəzilərini bölüşmək istəyirəm. İlk rəy elə kitabı onunla bölüşdüyüm günün gecəsi, məni cəmisi-cümlətanı bir neçə dəfə görmüş və sadəcə bir neçə dəfə bir-birimizlə fikir bölüşməyə müşərrəf olduğum bir gənc, amma idealist təlimçi xanımdan gəldi: " Axşamınız xeyir. Öncəliklə bu saatda yazdığım üçün üzr istəyirəm. Bitirdim... Sözün əsl mənasında mükəmməl idi. Gözyaşlarım heç durmadı deyə bilərəm. O nifrəti çox gözəl ifadə etmişdiniz. Əslində heç sulugöz biri deyiləm, ağlamağı bacarmıram deyə bilərəm amma bu... İnanin ifadəsi yoxdur. Bilirsiniz işimlə bağlı həmişə ya nitq, ya da karyera, motivasiya kitabları oxuyuram. Sırf ilk 12 nəfərdən biri olmağa ıayiq bildiyiniz üçün oxumağa başladım. Və sadəcə başından sonuna gözümün yaşı durmadı deyə bilərəm... Hələ sonundakı o xəbərin gəlişi... Hər xatirlayanda qəhərdən boğulacam bilirəm Möhtəşəm idi. Uğurlar arzu edirəm. Neçə gözəl yeni əsəslərinizi ...

Dostoyevski - "Yeraltından qeydlər"dən çıxarılmalı əsas nəticə!

Image
Spoiler yüngül ədəbiyyata olan marağı azaldır, klassikanı ucaldır. Dostoyevskinin “Yeraltından qeydlər”i qısadır, amma klassikadır.  Uşaqlıqda izlədiyimiz serial və kinolarda bəzi adamların sadəcə pis olduğu mesajı verilirdi. Sonra isə bunun tam tərsini dedilər: İnsanlar başına pis hadisələr gəldiyi üçün pis olur. Bu gün biz kiminsə sadəcə pis ola biləcəyinə inanmırıq. Amma insan təkcə başına pis hadisələr gəldikdə, pis münasibət gördükdə kiməsə pislik eləyir, düşüncəsi də həmişə doğru olmaya bilər. Dostoyevski bu əsəri yazdığı vaxtlar Rusiyada səfil həyatı yaşayanlar sosialist inqlabın nəfəsini boylarının ardında hiss eləyirdi. Sənayenin inkişaf etdiyi ölkələrdə Adam Smitin  kapitalist (Adam Smit - sərbəst bazar iqtisadiyyatı kimi kapitalizmin bel sümüyünü təşkil edən nəzəri konsepsiyaların banisidir.) və Karl Marksın kommunist nəzəriyyələrindəki iqtisadi modellər müzakirə olunurdu. 19-cu əsrin əvvəllərində Almaniyada Humboltun təhsilin inkişafına dair yazılarının təh...