Posts

Showing posts from May, 2020

Tənqid insana və cəmiyyətə xeyirdimi?

Image
Tənqid haqda aylarla düşünmüşəm. Aylarla. Bəzən ürəyim bulanıb, başım ağrıyıb fikirləşməkdən. Bu, o qədər böyük emosional, intelektual zəhmət olub ki, indi ayların zəhmətini bir-iki səhifə yazıda ifadə etmək mənə ağır gəlir. Ağırdır, amma bu ağırlığı paylaşdıqca yüngülləşir adam. (Bu bir az uzun məqalə olacaq, ancaq çox vacib mövzudur deyə bölüşməkdən çəkinmədim.) İlk növbədə bunu deyim ki, tənqid əsasən 2 mənanı ifadə etmək üçün istifadə olunur: Bizim yaxından tanıyıb bildiyimiz ənənəvi, fərdi/sosial tənqid Şikayət və qaralamadan çox 'rəy' xarakteri daşıyan akademik/fərdi formada xüsusi bir şirkət və ya şəxsin (Məsələn, bu nəşriyyat, qəzet və ya sahəsində tanınmış bir fərdi şəxs ola bilər.) xüsusi bir əsərə və ya baqa hər hansı tədqiqat obyektinə verdiyi şərhdir. Belə də ümumiləşdirə bilərik: Ancaq ziyan vermək, hirs çıxmaq niyyəti daşıyan, heç bir sənətkarın sevmədiyi tənqid. Sənət adamının ona verilməsi üçün dəridən-qabıqdan çıxdığı, mədəni rəy formasında arif bir a...