Posts

Showing posts from March, 2020

Özünü Göstərən Teatr İzləyiciləri

Image
Ən əsas məsələ digər izləyicilərə özünü kübar göstərməkdir. Yoxsa, tamaşadan tam zövq ala bilməyəcəksiniz. Bunu səmimiyyətsizlik olaraq görə bilərsiniz, ancaq teatr dediyin elə bunun üzərində qurulmayıbmı? Mən teatrı həqiqətən sevirəm. Ancaq özümü teatr sevənlərə göstərməyi daha çox sevirəm... O dim-dik oturub, qıçını qıçının üstünə aşırıb, əl barmaqlarını bir-birinə keçirib özünü ağıllı göstərməyə çalışırsan ha... onun yerini heş zad verməz. Özünü oxuyub-oynayıb roldan-rola salan dəyərli aktyor/aktrisaların hörmətli dostu olduğunu hiss edərək - halbuki, belə bir şey yoxdur - nəfəsini tutub, bütün diqqətini səhnəciyə verirsən. Və bu diqqəti "yaxın" dostların olan aktyor-aktrisalara hörmətinlə əsaslandırırsan. Təbii ki, bu deyilənlərin hamısı həqiqi olsa da, zarafat niyyətilə deyilmişdir və bu dediklərimə şiddətlə qarşı çıxanlar da olacaqdır. Onlara demək istəyirəm ki, nahaq yerə özlərindən çıxmasınlar. Mən onsuz da bu dediklərimin "pis" bir şey olduğunu dem...