Bir neçə film haqqında qeydlər (Qaralama)
Hər halda bir filmi başa düşmək, dünyamızdakı yerini dərk etmək o qədər də asan deyil. Amma buna cəhd etmək olar. Və belə cəhdlərin sayı və keyfiyyətinin artmasına birazca da olsa dəstək vermək üçün bəzi filmlər mənə nə "deyib", onları yazıram. Burada baxdığım filmlərin əsas ideyalarına münasibət bildirmirəm, sadəcə bu filmləri necə görürəm, onu yazacağam. "Last sentinel" filmində əsas bir neçə məqam var: müharibə sülh deyil, dünyanın yox olmaması yalnız bizim (insanların) sağ qalmağımız ilə mümkündür, sağ qalmaq üçün sülh gərəkdir, sülh olmağı üçün gərək müharibənin heç bir tərəfində silah olmasın, biz nə eləsək övladlarımız da onun arxasınca gedəcək (bax, filmdəki qadın personajın baxdığı ailə şəkli; bizim ilk təəssüratımızın əksinə həmin personaj oradakı yetkin qadın yox, çətirin arxasında gizlənən uşaq imiş, böyük çətir onda yox, qardaşında olan uşaq). "Vanishing" filmində isə əsas tövsiyyə budur: yox et, hər şeyi! İnsan çinli olsun, ya koreyalı, ya da...